Yeniliklər

Çexiya Respublikasının səfiri ilə görüş

13 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Çexiya Respublikasının Gürcüstana yeni təyin olunmuş Səlahiyyətli və Fövqəladə Səfiri Petr Kubernat ilə görüşüb.

Görüşdə Xalq Müdafiəçisi və Çexiya səfiri Aİ-yə üzvlük statusunun alınması perspektivləri və Gürcüstanın həyata keçirəcəyi islahatlar barədə danışıblar.

Tərəflər işğal olunmuş ərazilərə yaxın ərazilərdə yaşayan əhalinin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib, işğal zonası yaxınlığında Gürcüstan vətəndaşlarının qətlə yetirilməsi, o cümlədən bir neçə gün əvvəl Kərbəli kəndi yaxınlığında baş vermiş qətl faktlarını müzakirə ediblər və bununla bağlı Rusiya Federasiyasının məsuliyyətini vurğulayıblar.

Levan İoseliani səfiri ofisin mandatı və prioritetləri ilə tanış edib, ölkədə insan hüquqlarının müdafiəsinin vəziyyəti haqqında ümumi məlumat verib.

Xalq Müdafiəçisi səfiri təyinatı münasibətilə təbrik edib və bundan sonra da sıx əməkdaşlığa ümid etdiyini bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)