Yeni xəbərlər

Xalq Müdafiəçisi Telavidə görüşlər keçirib

7 iyul 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani telavidəki Hərbi qəsəbədə olub, əhalinin məişət şəraiti ilə yaxından tanış olub.

“Mən bu gün gördüm ki, hərbi qəsəbədə vəziyyət necə ağırdır, orada sakinlər mənzilləri qanuniləşdiriblər, amma torpaq Müdafiə Nazirliyinin mülkiyyətidir. Nazirlik və bələdiyyə arasında yaranmış qeyri-müəyyənlik səbəbindən infrastruktur və ya kommunikasiya problemlərini həll etmək mümkün deyil. Sonda qurumlar öz öhdəliklərini başa düşənə qədər vətəndaşlar dözülməz şəraitdə yaşamalı olurlar.

Mən bütün aidiyyatı qurumları hərbi qəsəbədə yaşayan insanlara diqqət yetirməyə və əhali üçün faydalı qərarlar qəbul etməyə çağırıram”, - deyə Levan İoseliani bildirib.

Bu və digər məsələlərlə bağlı xalq müdafiəçisi bu gün Kaxeti qubernatoru Giorgi Aladaşvili ilə görüşüb.

Xalq müdafiəçisi Telavi müvəqqəti saxlama məntəqəsinə və Daxili İşlər Nazirliyinin Kaxeti regional idarəsinə də baxış keçirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)