26 may Gürcüstanın Müstəqillik Günüdür
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bütün Gürcüstan vətəndaşlarını ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir.
Xalq Müdafiəçisi insan hüquqlarının, qanunun aliliyinin, ədalətin və bərabərliyin bərqərar olması üçün müstəqilliyin vacibliyini xüsusilə vurğulayır. Bu gün hər birimiz bu dəyərlərin möhkəmlənməsinə hər zamankindən daha çox qayğı göstərməliyik ki, biz birlikdə insan ləyaqətinin və azadlığının qorunacağı bir dövlət qura bilək.
Müstəqillik gününüz mübarək!