Yeni xəbərlər

Qadınların vətəndaş inteqrasiyası prosesində iştirakının gücləndirilməsi

2 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsini icra edən Tamar Qvaramadze Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Ofisi tərəfindən təşkil edilən işçi görüşdə iştirak edib, burada qadınların vətəndaş inteqrasiyası prosesində iştirakının gücləndirilməsi məsələləri müzakirə olunub.

Tamar Qvaramadze çıxışı zamanı qadınların bərabərhüquqlu iştirak problemlərindən danışıb. O qeyd edib ki, Gürcüstanda milli qanunvericilik və siyasət sənədləri, institusional mexanizmlər işlənib hazırlanıb, lakin qadınların həyatın istənilən sahəsinə səmərəli cəlb olunması yerli səviyyədə idarəetmə orqanlarının fəal işi olmadan mümkün deyil. Ona görə də gender bərabərliyi və gender meynstrimasiyası istiqamətində dövlət siyasətinin əsas istiqamətlərindən biri bələdiyyələrə dəstək və onların lazımi qaydada gücləndirilməsi olmalıdır.

“Xalq Müdafiəsi Aparatının keçirdiyi məlumatlandırma görüşlərində qadınlar bələdiyyədə qərarların qəbulunda, o cümlədən büdcənin hazırlanmasında iştiraklarının son dərəcə aşağı olduğunu vurğulayırlar. Bu da, məlumatlılığın olmaması, prosesə inamın olmaması, evdə işləmək, hərəkət etməkdə çətinlik, stereotip və ayrı-seçkilik yanaşmalarından qaynaqlanır.

Məhdud imkanlı şəxslər, qocalar və köçkün qadınlar daha böyük çətinliklərlə üzləşirlər. Həmçinin etnik azlıqlara mənsub qadınlarla inteqrasiya və ünsiyyət keyfiyyəti aşağıdır ki, bu da dil baryeri və məlumat əldə etmək imkanlarının məhdud olması ilə bağlıdır”. - deyir Xalq müdafiəçinin səlahiyyətlərini icraedən.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)