Yeni xəbərlər

“Texnologiya əsrində inklüziv və müxtəlif seçkilər” konfransı

9 fevral 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Batumidə keçirilən “Texnologiyalar əsrində inkluziv və müxtəlif seçkilər” adlı yüksək səviyyəli tədbirdə iştirak etmişdir.

Konfransda Gürcüstan parlamentinin sədri, parlament üzvləri, Acarıstan Muxtar Respublikasının hakimiyyət orqanları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar gənclərin siyasi və seçki proseslərinə cəlb edilməsinin konseptual və strateji dəstəyini, inklüziv seçki proseslərini, o cümlədən əlilliyi olan insanların, etnik, dini və cinsi azlıqların cəlb edilməsi məsələlərini, siyasi və seçki proseslərində gənclərin iştirakı ilə bağlı çətinlikləri və imkanları müzakirə ediblər.

Gürcüstanın Xalq Müdafiəçisi çıxışı zamanı həssas qruplar üçün seçki prosesində sadələşdirilmiş qaydalar və iştirak mexanizmlərindən danışıb.

Acarıstan Respublikası Ali Şurasının rəhbəri Davit Qabaidze, Seçki Sistemləri üzrə Beynəlxalq Fondunun (IFES) prezidenti Antoni Banberi, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və İFES-in rəhbəri Renata Levovski Gürcüstan nümayəndəliyi tədbirdə salamlama nitqi söyləyib.

Konfrans Acarıstan Muxtar Respublikasının Ali Şurası, Seçki Sistemləri üzrə Beynəlxalq Fondu (İFES) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə keçirilib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)