Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstanın baş prokuroru ilə görüşüb
2025-ci il oktyabrın 1-də Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani baş prokuror Giorgi Qvarakidze ilə görüşüb.
İclasda ölkədə cinayət-hüquqi siyasəti, profilaktik tədbirlərin planlaşdırılması məsələləri, qabaqlayıcı tədbirlərin, o cümlədən alternativ - azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qabaqlayıcı tədbirlərin tətbiqi təcrübəsi müzakirə olunub. Onlar qadınlara qarşı zorakılıq, qadın qətli və uşaq nikahlarının qarşısının alınması yollarını müzakirə ediblər. Onlar yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi, rəqəmsal zorakılıq və digər məsələlərə diqqət yetiriblər. Qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Xalq Müdafiəçisi ölkədə cinayət mühakiməsi sahəsində mövcud vəziyyətdən danışıb və gələcək əməkdaşlığın bir tərəfdən zərərçəkmişlərin, digər tərəfdən isə təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının yaxşılaşdırılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Baş prokuror Xalq Müdafiəçisini prokurorluq orqanlarında həyata keçirilən islahatlarla tanış edib, kobud rəftarla bağlı cinayət işlərinin səmərəli araşdırılmasını və analoji kateqoriyalardan olan işlərdə Xalq Müdafiəçisinin fəal iştirakını xüsusi vurğulayıb.
İclasda Xalq Müdafiəçisinin müavinləri Elene Quduşauri və İrine Çixladze, baş prokurorun müavini Amiran Quluaşvili, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Salome Şengelia iştirak ediblər.