Yeni xəbərlər

Xalq Müdafiəçisi Gürcüstan Baş nazirinin insan hüquqları məsələləri üzrə müşaviri ilə görüşdü

24 sentyabr 2021 -ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjariya və onun müavinləri Tamar Gvaramadze, Giorgi Burjanadze və Ekaterine Sxiladze Gürcüstan Baş nazirinin insan hüquqları üzrə müşaviri Niko Tatulaşvili ilə görüşdülər.

Görüşdə Xalq Müdafiəçisi insan hüquqları strategiyasının hazırlanması prosesinə vətəndaş cəmiyyəti və maraqlı tərəflərin cəlb edilməsinin əhəmiyyətindən danışdı və Xalq Müdafiəçisinin yeni strategiyada öz əksini tapması lazım olan məsələlər barədə Baş nazirin müşavirinə məlumat verdi.

Görüşün sonunda tərəflər gələcəkdə insan hüquqları sahəsində birgə əməkdaşlığı müzakirə ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)