Xalq Müdafiəçisi Birləşmiş Millətlər Təşkilatının İnkişaf üzrə Əlaqələndirmə Ofisinin regional direktoru ilə görüşüb
29 aprel 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Birləşmiş Millətlər Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə İnkişaf Əlaqələndirmə Bürosunun regional direktoru Qvi Yop Son və BMT-nin Gürcüstandakı rezident əlaqələndiricisi Didye Trebiuk ilə görüşüblər.
Görüşdə tərəflər Gürcüstanda insan haqlarının vəziyyəti, son qanunvericilik dəyişiklikləri, gedən proseslərdə Xalq Müdafiəçisi Aparatının rolunu müzakirə ediblər. Söhbət zamanı həmçinin Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə BMT strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin Dayanıqlı İnkişaf üzrə Tərəfdaşlıq və Proqram Mütəxəssisi Fioralba Şkodra/Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi (UNSDCF) və BMT-nin Rezident Əlaqələndirici Ofisinin rəhbəri Anna Platonova da iştirak ediblər.