Yeni xəbərlər

Xalq Müdafiəçisi baş prokurorla görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani baş prokuror İrakli Şotadze ilə görüşüb və gələcək əməkdaşlığın istiqamətləri barədə danışıb.

Giriş iclasında qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, format və əlaqələndirmə mexanizmləri müzakirə edilib, cinayət-hüquq siyasəti, qabaqlayıcı tədbirlərin tətbiqi təcrübəsi, qadınlara qarşı zorakılıq və qadın qətli, yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsi, prokurorların ixtisaslaşması və digər məsələlər diqqətə çatdırılıb.

Xalq Müdafiəçisi ümidvar olduğunu bildirib ki, gələcək əməkdaşlıq və onun çərçivəsində nəzərdə tutulan birgə tədbirlər bir tərəfdən zərərçəkmişlərin, digər tərəfdən isə təqsirləndirilən və məhkum edilmiş şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırılması istiqamətində real nəticələr verəcək.

İclasda həmçinin Xalq Müdafiəçisinin müavinləri Tamar Qvaramadze və Elene Quduşauri, baş prokurorun müavini Natia Merebaşvili, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Salome Şengelia iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)