Yeni xəbərlər

Xalq Müdafiəçisi Gürcü Dili Gününə həsr olunmuş tədbirdə iştirak edib

11 aprel 2025-ci il tarixində Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının Gürcü Dili Gününə həsr olunmuş tədbirdə iştirak edib, burada “Azərbaycan və ermənidilli əhali arasında dövlət dilini öyrənmək bacarığı və motivasiyası üzrə araşdırma”nın nəticələri təqdim olunub.

Tədbirdə çıxış edən Xalq Müdafiəçisi milli azlıqların vətəndaş inteqrasiyası yolunda gürcü dilini bilmənin vacibliyini vurğulayıb. Təəssüf ki, dil baryeri hələ də milli azlıqların nümayəndələri üçün əsas maneələrdən biridir ki, bu da təqdim olunan araşdırmanın nəticələri ilə təsdiqlənir, buna görə tədqiqat iştirakçılarının 30%-ə qədəri gürcü dilini bilmədikləri üçün dövlətin təklif etdiyi xidmətlərdən lazımi şəkildə yararlana bilmirlər.

Levan İoseliani 2030-2031-ci tədris ilinə qədər gürcü dilinin hazırlanması üzrə təhsil proqramının (1+4 proqramı adlanan) davam etdirilməsini müsbət qiymətləndirib. O, ikidilli təhsil modelinə də diqqət yetirərək, ikidilli təhsil proqramlarının fəaliyyət göstərdiyi məktəbəqədər və ümumi təhsil müəssisələrinin sayının artırılmasının vacibliyini qeyd edib.

Eyni zamanda, xalq Müdafiəçisi qeyd edib ki, dil baryeri insan hüquqlarının həyata keçirilməsinə əngəl törətmək üçün əsas olmamalıdır və dövlət milli azlıqların vətəndaş inteqrasiyasını təşviq etmək üçün effektiv mexanizmlər tətbiq etmək öhdəliyi daşıyır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)