Yeni xəbərlər

Xalq Müdafiəçisi 2023-cü il üçün Vətəndaş İnteqrasiyası Fəaliyyət Planının icrası ilə bağlı hesabatla tanış olub

Xalq Müdafiəçisi Levan Ioseliani təhsil sistemində ikidilli tədris metodunun tətbiqinin vacibliyindən, Gürcüstanın qeyri-gürcü məktəblərində ana dili və ədəbiyyat dərsliklərinin nəşrinin zəruriliyindən, 1+4 proqramında dəyişiklik edilməsinin zəruriliyindən danışıb. Görüş Gürcüstanın Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin ofisi tərəfindən təşkil olunub.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani Xalq Müdafiəçisi, İctimai Müdafiəçisi yanında olan Milli Azlıqlar Şurasının üzvləri ilə görüşüb və 2021-2030-cu illər üzrə dövlət strategiyasının 2023-cü il üçün fəaliyyət planının icrasına dair hesabat qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təqdim edilib.

Təqdimatda vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin baxışı, məqsəd, vəzifələr, icranın əlaqələndirilməsi və hesabat məsələləri müzakirə olunub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)