Yeni xəbərlər

Xalq müdafiəçisi Türkiyə İnsan Hüquqları və Bərabərlik İnstitutunun sədri ilə görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Ankaraya iş səfəri çərçivəsində Türkiyənin İnsan Hüquqları və Bərabərlik İnstitutunun sədri Məhərrəm Kılıç və institutun əməkdaşları ilə görüşüb.

Tərəflər Türkiyənin İnsan Hüquqları və Bərabərlik İnstitutu ilə Gürcüstanın Xalq Müdafiəçisi Aparatı arasında əməkdaşlığın genişləndirilməsi və bir-birlərinin ən yaxşı təcrübələri haqqında məlumatların mübadiləsi məqsədilə anlaşma memorandumu imzalayıblar.

Aprelin 8-də keçirilən görüşdə həmçinin gələcək əməkdaşlıq məsələləri, qurumların fəaliyyəti və səlahiyyətləri, gələcək planlar və s.

Görüşdə Türkiyə və Gürcüstanın insan haqları institutlarının nümayəndələri bərabərlik məsələləri, Milli Qarşısının Alınması Mexanizminin işi, insan haqları ilə bağlı maarifləndirmə tədbirləri, qurumların beynəlxalq və regional səviyyədə işi və s. üzrə təcrübələrini bölüşüblər.

Xalq müdafiəçisi Türkiyəyə səfəri çərçivəsində Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Cancqava ilə də görüşüb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)