Xalq Müdafiəçisi Ambrolauridə Vətəndaş Cəmiyyəti Nümayəndələrini qəbul edir
9 iyul 2025-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Ambrolauridə yeni açılan ofisində vətəndaş cəmiyyəti nümayəndələrini qəbul etdi.
Tədbirdə Xalq Müdafiəçisi və onun aparatının nümayəndələri görüş iştirakçılarını Gürcüstanda insan hüquq və azadlıqlarının qarşısında duran vəzifələrlə tanış ediblər. Levan İoseliani Xalq Müdafiəçisinin parlament hesabatının əsas nəticələri və tövsiyələri, o cümlədən Şovi faciəsinin araşdırılması materiallarının öyrənilməsi nəticəsində məruzədə əksini tapan tövsiyələr, qadınların və ailə daxili zorakılığının üzləşdiyi problemlər, ifadə və sərbəst toplaşma azadlığı, birləşmək azadlığı və digər aktual məsələlər barədə danışıb.
Xalq Müdafiəçisi vətəndaş sektoru ilə əməkdaşlığın vacibliyini vurğulamış və ümidvar olduğunu bildirmişdir ki, yeni açılan regional ofis sayəsində regionda insan hüquqlarının səmərəli müdafiəsi məqsədilə Raça-Leçxumi və Aşağı Svanetidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daha da dərinləşəcəkdir.