Yeni xəbərlər

Xalq Müdafiəçisi Kutaisidəki sosial evlərə baş çəkdi

1 aprel 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Kutaisi sosial evində olub, binaya baxış keçirib və mənzilə yerləşdirilən benefisiarlarla söhbət edib.

Sajinisdə 80 ailə (o cümlədən 150 uşaq) dözülməz şəraitdə yaşayır, bina köhnəlib, dam örtüyü zədələnib və su sızır, drenaj sistemi nasazdır.

Əhali illərdir ki, köçürülmə xahişi ilə müraciət edir, ancaq vədlər alır, ildən-ilə vəziyyəti daha da ağırlaşır. Eyni zamanda, sakinlərin əksəriyyəti sosial yardımların götürülməsindən narazılıqlarını bildirirlər.

Xalq müdafiəçisi bir daha vurğulayır ki, müvafiq mənzil hüququ təkcə dam örtüyünə malik olmaq, yəni sığınacaq vermək demək deyil. Müvafiq mənzil hüququ təhlükəsiz, dinc və ləyaqətli şəraitdə yaşamaq, məhdud imkanlı şəxslər və uşaqlar üçün xidmətlərdən tam istifadəni təmin etmək hüququ deməkdir. Kutaisi sosial mənzilləri bu mərhələdə lazımi mənzil tələblərinə cavab vermir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)