Yeni xəbərlər

Korrupsiyaya qarşı mübarizə bürosunun rəhbəri ilə görüş

2 iyun 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvili ilə görüşüb.

Təqdimat iclasında Rajden Kupraşvili yeni yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunun iş strategiyası, əsas istiqamətləri və planları ilə Xalq Müdafiəçisini tanış edib. Söhbətdə, həmçinin, Xalq Müdafiəçisi Aparatının mandatına və iki qurum arasında gələcək əməkdaşlıq perspektivlərinə toxunulub, bunlar arasında Xalq Müdafiəçisi Gürcüstanın antikorrupsiya strategiyasının hazırlanması və bu sahədə planlaşdırılan tədbirlərlə və məlumat verənlərin hüquqlarının müdafiəsi istiqaməti ilə maraqlanıb.

İclasda Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəis müavinləri Tamta Kaçkaçişvili və Ana Kalandadze də iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)