Yeni xəbərlər

Peşə kolleclərinin müəllimləri, dövlət məktəblərinin tələbələri və müəllimləri ilə görüş

17 oktyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının İnsan Hüquqları üzrə Maarifləndirilməsi Departamentinin əməkdaşları Qvantsa Davitaşvili və Giorgi Kvirikaşvili ofisin regional bölməsinin əməkdaşları İrma Mçedlidze və Murdaxan Hüseynovla birgə, Marneulidə fəaliyyət göstərən təhsil işçilərinin peşə proqramının müəllimləri, dövlət məktəblərinin tələbələri və mülki təhsil müəllimləri ilə görüşlər keçiriblər.

Xalq Müdafiəçisinin nümayəndələri peşə kolleclərinin müəllim və tələbələrini məktəbəqədər təhsil və təhsil kadrlarının hazırlanmasında insan hüquqları ilə bağlı məlumatların inteqrasiyası istiqamətində idarənin fəaliyyəti ilə tanış ediblər. Görüşlərin iştirakçıları təhsil təcrübəsində insan hüquqlarının tədrisinə yönəlmiş metodlardan istifadə və bu istiqamətdə müsbət təcrübəyə diqqət yetirmişlər. Onlar həmçinin pedaqoqların hazırlanması zamanı insan hüquqlarına dair təlimatın və uşaq hüquqları üzrə müstəqil modulun olmasının vacibliyindən danışıblar.

Dövlət məktəblərinin mülki təhsil müəllimləri insan hüquqlarının praktiki metodlarla tədrisinə xüsusi diqqət yetirmişlər. Eyni zamanda, Azərbaycan sektorlarında çalışan müəllimlər qeyd ediblər ki, uşaqlara ayrılan dərsliklərin tərcüməsi uşaqlar üçün çətin başa düşülür. Söhbətdə məktəblərdə müxtəlif hüquqi mövzularda davamlı təlimlərin keçirilməsinin vacibliyinə də toxunulub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)