Uşaq Hüquqları Departamenti haqqında

Departamentin müdiri - Maia Gedevanishvili

Uşaq Hüquqları Departamenti Gürcüstan Xaql Müdafiəçisi aparatında 2001-ci ildən fəaliyyət göstərir.

Departament Gürcüstan Konstitusiyasını, müvafiq beynəlxalq konvensiya və müqavilələri, Gürcüstan Xalq Müdafiəçisi haqqında Gürcüstanın Orqanik Qanunu, Gürcüstan Xalq Müdafiəçisi Aparatının Əsasnaməsini və Gürcüstanın digər qüvvədə olan qanunvericiliyini rəhbər tutur. Departamentin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının prinsiplərinə əsaslanır.

Departamentin məqsədi uşağın ümumdünya tanınmış hüquq və azadlıqlarının qorunmasına nəzarət etmək və onların həyata keçirilməsinə dəstək olmaq, habelə uşaqların rifahı naminə qanunlarda və prosessual məsələlərdə dəyişiklikləri stimullaşdırmaq və uşağın hüquqları barədə cəmiyyətin məlumatlılığını artırmaqdır.

Departamentin vəzifələri:

  • Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının implementasiyası, uşağın hüquqlarının qorunmasına dair mövcud milli və digər beynəlxalq sənədlərin icrasına nəzarət.
  • Uşaq müəssisələrinin monitorinqi və müvafiq hesabatların hazırlanması;
  • Uşaq hüquqları pozuntularının ayrı-ayrı hallarını müəyyənləşdirmək, öyrənmək və cavab vermək;
  • Vətəndaşların uşaq hüquqlarının pozulduğuna dair ərizə və şikayətlərinə baxılması. Qanunverici və inzibati orqanlar üçün tövsiyə və təkliflərin hazırlanması;
  • Uşağın əsas hüquq və azadlıqlarını populiyarlaçdırmaq və bu sahədə ictimaiyyətin vətəndaş məlumatlılığını artırmaq üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi.

Xalq Müdafiəçisi Aparatına istənilən şəxs və yetkinlik yaşına çatmayan şəx şəxsən ərizə ilə müraciət edə bilər. Ərizələr Gürcüstan Xalq Müdafiəçisi Aparatının Vətəndaşların Qəbulu Departamentində qəbul olunur. Departament tərəfindən göstərilən fəaliyyət pulsuzdur.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)