Yeniliklər

Xalq Müdafiəçisi Namaxvani SES-in tikintisinə qarşı gedən etiraz aksiyasının iştirakçılarıyla görüşdü

8 aprel 2021-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria Namaxvani SES-in inşaat sahəsini ziyarət etdi və inşaata qarşı davam edən aksiyanın iştirakçıları ilə görüşdü.

Xalq Müdafiəçisi etirazçıların hərəkətini məhdudlaşdırmağın zəruriliyini əsassız hesab edir. "Gəldim və bu insanlarla şəxsən görüşdüm ki, həll etməyə kömək edə biləcəyim tələb və problemləri öyrənim. Bu insanları narahat edən əsas şey, Gürcüstan ilə SES inşaat şirkəti “Enka” arasında imzalanan müqavilədir, hansında ki, onların fikrincə, dövlətin və yerli əhalinin maraqları nəzərə almayıb; Bu müqavilə Gürcüstan dövlətinin maraqlarını nəzərdə tutmur. Polisin etirazçıların hərəkət azadlığını məhdudlaşdırmaq üçün hansı arqumentlərdən istifadə etdiyi də məlum deyil, xüsusən də mitinqin şiddətli şəkilə çevrilməsi üçün heç bir ön şərt, göstəriş və çağırış ortaaya çıxmır ” dedi Nino Lomjaria.

Xalq Müdafiəçisi dövləti əhalisi ilə daha çox dialoq aparmasına çağırır və bildirir ki, “məlumat çatışmazlığı əhali arasında haqlı suallar yaradır. Bu fonda parlamentin və icra hakimiyyətinin maraqlı tərəflərə dəqiq və hərtərəfli məlumat verməsi vacibdir. "

Aksiyanın iştirakçıları 160 gündən çoxdur ki, Namaxvani SES-in inşasına etiraz edirlər. Bu müddət ərzində dövlət tərəfindən ifadə azadlığı hüququnun pozulması faktları dəfələrlə aşkar edilmişdir ki, bu da Xalq Müdafiəçisi Aparatı tərəfindən araşdırılır.

6 Apreldə, Xalq Müdafiəçisi Nino Lomjaria, SES inşaat şirkəti Enka rəhbərliyi ilə də görüşdü hansılar ki, şirkətin işçilərinə bəzi şəxslər tərəfindən göstərilən təzyiqlərdən bəhs etdilər. Xalq Müdafiəçisi Aparatı sənədləri aldıqdan sonra səlahiyyətləri çərçivəsində hərəkət etməyə və cavab üçün müvafiq quruma müraciət etməyə hazırdır.

Qeyd etmək lazımdır ki, Namaxvani məsələsi 2020-ci il Xalq Müdafiəçisinin 2020-ci il parlament hesabatında geniş müzakirə olunur.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
telefon: 291 38 14 qaynar xətt: 1481 (24/7)