Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisi Acarıstan hökumətinin sədri ilə görüşüb

29 mart 2023-cü il tarixində Batumidə olan Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Acarıstan hökumətinin sədri Tornike Rijvadze ilə görüşüb.

Tornike Rijvadze Xalq Müdafiəçisini vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və gələcək əməkdaşlığa hazır olduğunu bildirib. Levan İoseliani Acarıstan hökumətinin sədrini Xalq Müdafiəsi Aparatının prioritetləri və gələcək planları ilə tanış edib. Tərəflər insan hüquqlarının müdafiəsi istiqamətində cari tədbirlərdən danışıblar.

Söhbətdə Xalq Müdafiəçisi Aparatı üçün müvafiq binanın təhvil verilməsi məsələsinə də toxunulub. Levan İoseliani qeyd edib ki, Xalq Müdafiəçisinin Acarıstan regional ofisinin Batumidə öz sahəsi yoxdur və illərdir ki, iş yeri icarəyə götürür. Acarıstan hökumətinin sədri bu problemi həll etməyə hazır olduğunu bildirib və onun administrasiyasının yaxın vaxtlarda münasib ərazi tapacağını bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)