Yeni xəbərlər

Xalq Müdafiəçisi Alt-İnfo tərəfdarları tərəfindən Parlament qarşısında qaldırılan Aİ bayrağının götürülüb yandırılmasına münasibət bildirib

“Unutmamalıyıq ki, Gürcüstan Konstitusiyasına əsasən, öz səlahiyyətləri daxilində bütün konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

Gürcüstanın ali qanunverici orqanı qarşısında qərbyönümlü kursu ifadə etmək üçün ucaldılmış Avropa İttifaqının bayrağının endirilməsi və yandırılması və bu kimi təhqiramiz hərəkətlər təkcə Gürcüstanın Avropaya inteqrasiya yolunda əngəl törətmir, amma bu, həm də gürcü xalqının ölkənin xarici kursu ilə bağlı tarixi seçimini təhqir edir, bunu konstitusiya qeydləri də təsdiqləyir.

Təbii ki, hər hansı bir qrup insan qanunun verdiyi səlahiyyətlər çərçivəsində toplaşmaq və öz fikrini ifadə etmək azadlığına malikdir, lakin istənilən toplantı dinc xarakter daşımalı, zorakılığa yol verməməli və ölkənin konstitusiya prinsiplərinə zidd olmamalıdır. ”, - deyə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)