Yeni xəbərlər

Xalq müdafiəçisi amnistiya qanun layihələrini dəstəklədiyini bildirir

Hazırda Gürcüstan parlamentində Mixeil Sarjveladzenin təşəbbüsü ilə irəli sürülən amnistiya haqqında qanun layhəsinə baxılır. Amnistiya haqqında qanun layihəsinin alternativ variantı da Lelo partiyası tərəfindən Gürcüstan parlamentinə təqdim ediləcək. Gürcüstanın Xalq Müdafiəçisi bu təşəbbüsləri alqışlayır və ümid edir ki, Parlament qısa müddət ərzində amnistiya qanununu nəzərdən keçirib təsdiq edəcək, bu qanun penitensiar sistemdə mümkün qədər çox məhbusu əhatə edəcək və Cinayət mühakiməsinin əsas prinsipləri və dövlətin qurbanlar qarşısında müsbət öhdəlikləri ilə uyğun olacaq.

Covid-Pandemiya başlayan kimi Xalq Müdafiəçisi dövləti həbsxana əhalisini azaltmaq üçün bütün mümkün mexanizmlərdən istifadə etməyə fəal şəkildə çağırdı. 2020-ci ildə bir sıra güzəştlərdən istifadə nisbəti artsa da (məsələn, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsi statistikası), 2020-ci ildə şərti cəzadan azad edilmə nisbəti azalıb. Xalq Müdafiəçisi ümid edir ki, Gürcüstan parlamenti pandemiya şəraitində məhbusların hüquqlarının əlavə məhdudlaşdırılmasının şiddətini nəzərə alacaq və sözügedən amnistiya ilə məhbusların vəziyyətini mümkün qədər kompensasiya edəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)