Xalq Müdafiəçisi Valenin ikinci mədən qəsəbəsinin əhalisinin problemləri ilə tanış olub
25 avqust 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Axaltsixe bələdiyyəsinin Vale şəhərində ikinci mədən qəsəbəsində olub, sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
“Bu insanların həyat şəraiti heç bir tənqidə tab gətirə bilməz. Evlərində su, hamam, təbii qaz yoxdur. Bundan başqa, onların yaşadıqları binalar uçmaq ərəfəsindədir, azyaşlı uşaqları və qocaları olan ailələr daim sağlamlıq və həyat təhlükəsi ilə üzləşirlər. Qəsəbənin yolu yoxdur və buna görə də ictimai nəqliyyatla təmin olunmur. Bu insanlar tamamilə tərk edilmiş və kənarlaşdırılmışdır.
Çalışacağam ki, narahat olanların hamısına müraciət edim və bu insanların şəraitini yaxşılaşdırım. “Gürcüstanda belə acınacaqlı vəziyyətdə olan yalnız bir neçə ev var ki, bu da operativ reaksiya və problemlərin vaxtında həllini tələb edir”, - Levan İoseliani bildirib.
Valedən Xalq Müdafiəçisi Axaltsixeyə gəldi və Samtsxe-Cavaxetiya qubernatoru Besik Amiranaşvili ilə görüşdü. İkinci mədən qəsəbəsinin sakinlərinin problemlərindən əlavə, rayonda yaşayan azsaylı xalqların inteqrasiyası, dövlət dilini bilməsi məsələləri də müzakirə olunub.