Yeni xəbərlər

Xalq Müdafiəçisi Aparatı tərəfindən məhkəmə sistemində monitorinqin gücləndirilməsi ilə bağlı iş görüşü keçirilib

2 noyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Qanunun Aliliyi Proqramının təşkilatçılığı ilə Xalq Müdafiəçisi Aparatı tərəfindən məhkəmə sisteminin monitorinqi mexanizminin gücləndirilməsi imkanlarının müzakirə olunduğu tədbir keçirilib.

Tədbirdə Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və USAID-Qafqaz Demokratiya və İdarəetmə Bürosunun Qanunun aliliyi layihəsinin meneceri Rusudan Tabatadze salamlama nitqi söyləyiblər.

İclasa USAİD-in Qanunun aliliyi proqramının beynəlxalq eksperti Yaroslav Qvizdak sədrlik etmiş, o, Xalq Müdafiəçisi Aparatı tərəfindən məhkəmə sisteminin monitorinqinin mandatı, gələcək strategiyası və formaları barədə fikirlərini təqdim etmişdir. Təqdimat müzakirələrlə davam edib.

Təqdimatda dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)