Yeni xəbərlər

Xalq Müdafiəçisinin birinci müavini xalq müdafiəçisi seçilənədək öz vəzifəsini yerinə yetirir

2022-ci il dekabrın 9-dan “Gürcüstanın Xalq Müdafiəçisi haqqında” Üzvi Qanunun 9-cu maddəsinin üçüncü bəndinə əsasən, Xalq Müdafiəçisi seçilənə qədər onun səlahiyyətlərini Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze yerinə yetirir.

Hazırda Gürcüstan parlamentində yeni Xalq Müdafiəçisinin seçilməsi prosesi üzərində iş davam edir.

İctimaiyyətə məlum olduğu kimi, Gürcüstanın 6-cı Xalq Müdafiəçisi Nino Lomcariyanın səlahiyyət müddəti 2022-ci il dekabrın 8-də başa çatıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)