Yeni xəbərlər

Düzgün mənzil təminatı, qidaya çıxış, yaşlıların və ekomiqrantların hüquqlarına dair məlumat görüşü

26 oktyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının əməkdaşları Telavidə Şərqi Gürcüstanın 12 bələdiyyəsinin nümayəndələri ilə görüş keçirib.

Məlumat xarakterli görüşdə Mülki, Siyasi, İqtisadi, Sosial və Mədəni Hüquqların Müdafiəsi Departamentinin rəhbəri Lika Tsiklauri müvafiq yaşayış şəraitinin qorunması, qidaya çıxış imkanları, yaşlıların və ekomiqrantların hüquqları haqqında danışıb, müvafiq fəsilləri təqdim edib. Xalq Müdafiəçisinin 2021-ci il parlament hesabatı və bələdiyyə nümayəndələrinə Xalq Müdafiəçisinin hazırladığı tövsiyələri təqdim etdi. Sözügedən istiqamətdə qarşıda duran vəzifələr və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb. Görüşlərdə Rustavi, Qardabani, Marneuli, Dedoplistskaro, Tetritskaro, Bolnisi, Dmanisi, Saqareco, Axmeta, Kvareli, Gurcaani və Telavi bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında saziş proqramı çərçivəsində baş tutub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)