Yeni xəbərlər

Xalq Müdafiəçisi Zuqdidi bələdiyyəsinin işğal xəttinin yaxınlığında yerləşən kəndin əhalisi ilə görüşüb

30 aprel 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Zuqdidi Bələdiyyəsinin işğal xəttinə yaxın yerləşən Koki kəndinin əhalisi ilə görüşüb, onların vəziyyəti ilə tanış olub.

Xalq müdafiəçisinin fikrincə, işğal xətti boyunca yerləşən kəndlərin infrastrukturunun inkişaf etdirilməsi lazımdır ki, bu da həmin ərazilərin iqtisadi cəhətdən möhkəmlənməsinə və xidmətlərin əlçatan olmasına töhfə verəcək, əhalini öz evlərində qalmağa sövq edəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)